Azərbaycanda istehlak sektoruna dair proqnoz göstəricilər açıqlanıb. Trading Economicsin proqnozuna görə 2026-cı ilin ikinci rübündə əhali üzrə istehlak xərcləri 19 milyard 201 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu göstəricinin üçüncü rübdə artaraq 21 milyard 371 milyon manata çatacağı, lakin dördüncü rübdə 20 milyard 249 milyon manata enəcəyi gözlənilir. 2027-ci ilin birinci rübündə isə istehlak xərclərinin 20 milyard 466 milyon manat səviyyəsində formalaşacağı proqnoz edilir.
Əhalinin sərəncamında qalan gəlirlər (disposable income) 2026-cı ildə 89 milyard 916 milyon manat səviyyəsində qiymətləndirilir. 2027-ci ilin birinci rübünə doğru bu göstəricinin artaraq 92 milyard 74 milyon manata yüksələcəyi proqnoz edilir.
Mütəxəssislərin fikrincə, istehlak xərclərindəki dalğalanmalar əsasən qiymət dəyişiklikləri və gəlir artımı ilə bağlıdır. Yanacaq qiymətlərində gözlənilən dəyişkənlik isə ümumi istehlak davranışına və nəqliyyat xərclərinə birbaşa təsir göstərə bilər.