İpoteka kreditləşməsində 22 faiz azalma

İpoteka kreditləşməsində

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən bu ilin yanvar-aprel aylarında 142,8 milyon manat həcmində kredit verilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz azdır. Bu azalma ipoteka kreditləşməsi və zəmanət mexanizmləri üzrə aktivliyin nisbətən zəiflədiyini göstərir.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin həcmi də azalıb. Belə ki, bu göstərici 4,1 faiz azalaraq 87,1 milyon manat təşkil edib.

Maliyyə mənbələri üzrə dinamika da dəyişikliklərlə müşahidə olunub. Son bir il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin həcmi iki dəfə azalaraq 150 milyon manata düşüb. Bununla yanaşı, Fonda dövlət büdcəsindən ayrılan vəsait isə sabit qalaraq 42,6 milyon manat səviyyəsində saxlanılıb.

MONETAR.AZ