Səssiz keçid: iki ölkə Hörmüz boğazındakı blokadanı gizli şəkildə yarır

Səssiz keçid: iki ölkə Hörmüz boğazındakı blokadanı

Hörmüz boğazının açılması ilə bağlı ABŞ və İran arasında diplomatik danışıqlar davam etsə də, strateji marşrutdakı faktiki blokada hələ də tam aradan qaldırılmayıb. Belə bir gərgin şəraitdə Fars körfəzinin ən böyük Mayeləşdirilmiş Təbii Qaz (LNG) istehsalçıları olan Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal bazarlardakı əsas müştərilərini yanacaqla təmin etmək üçün gizli və riskli əməliyyatlara əl atıblar.

Bloomberg agentliyinin yaydığı son məlumata görə, tədarükçülər ABŞ–İran münaqişəsi səbəbindən fevralın sonundan bəri demək olar ki, tamamilə qapalı qalan boğazdan gəmiləri aşkarlanmamaq üçün xüsusi taktika ilə keçirməyə başlayıblar. Son bir neçə gündə 3 nəhəng LNG tankerinin bu strateji dəhlizi səssizcə keçdiyi qeydə alınıb.

Təhlükəsizlik risklərini minimuma endirmək və hərbi hədəfə çevrilməmək üçün gəmilər boğaza daxil olmamışdan əvvəl qlobal izləmə sistemlərini — transponderlərini (yer təyini siqnallarını) tamamilə söndürürlər. 

Qətər qazının ən böyük alıcısı olan Çinə doğru hərəkət edir. Gəmi hələ mayın 22-də Qətərdəki LNG zavodunda yüklənərkən siqnallarını söndürüb. Boğazı gizlicə keçdikdən sonra artıq Oman sahillərində yenidən radarlara düşüb.

Mart ayından bəri yüklənmiş vəziyyətdə gözləyən bu gəmi də həftəsonu analoji metodla (siqnalsız) boğazı aşmağı bacarıb və hazırda Pakistana doğru irəliləyir.

 BƏƏ-nin milli neft-qaz şirkətinə (ADNOC) məxsus olan üçüncü tanker isə mühüm keçidi tamamlayaraq Hindistana tərəf yön alıb.

Atılan bu gizli addımlar fevral ayından bəri dalana dirənən qlobal qaz tədarükünü qismən bərpa etmək məqsədi daşıyır. Lakin mövcud daşımalar münaqişədən əvvəlki nəhəng həcmlərlə müqayisədə dənizdə bir damla rolunu oynayır. Münaqişə başlamazdan əvvəl dünya üzrə ümumi LNG tədarükünün 20%-i məhz Hörmüz boğazından keçirdi.

Regionun ən böyük dəniz daşıyıcıları olan Yapon tanker operatorları və gəmi sahibləri təhlükəsizlik səbəbindən mövcud vəziyyətlə bağlı hər hansı bir şərh verməkdən qətiyyətlə imtina edirlər.

Yekunda Qətər və BƏƏ-nin bu gizli addımları Asiya bazarlarında qısamüddətli rahatlıq yaratsa da, Hörmüz boğazında tam rəsmi təhlükəsizlik zəmanəti və sülh sazişi əldə olunmayana qədər qlobal enerji böhranının tam həlli qeyri-mümkün görünür.

MONETAR.AZ