Kakao bahalaşdı, buğda və qəhvə ucuzlaşdı

Kakao bahalaşdı, buğda və

Dünya bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətləri fərqli istiqamətlərdə dəyişib. Kakao və palma yağı bahalaşıb, buğda və qəhvənin qiymətində isə azalma qeydə alınıb.

Monetar.az xəbər verir ki, kakao 1,97% bahalaşıb. Palma yağının qiyməti 1,07% artıb. Buğda 1,92%, qəhvə isə 1,77% ucuzlaşıb.

Metal bazarında da qiymətlər dəyişib. Gümüş 1,43%, platin 0,86%, mis isə 0,72% bahalaşıb. Silisiumun qiyməti 1,57%, alüminium ərintisinin qiyməti 0,77%, litium karbonatın qiyməti 0,58% azalıb. Qızıl da 0,38% ucuzlaşıb.

Enerji bazarında ən böyük qiymət azalması təbii qazda qeydə alınıb. Təbii qaz 2,94%, benzin 2,23%, Avropada təbii qaz 2,07% ucuzlaşıb. Xam neftin qiyməti 1,07%, “Brent” markalı neftin qiyməti isə 1% aşağı düşüb.

Bununla yanaşı, Almaniyada təbii qazın qiyməti 1,48% artıb..