Meksika körfəzində fırtına təhlükəsinə görə neft qiymətləri yüksəlir

Meksika körfəzində fırtına təhlükəsinə görə

Neft qiymətləri bu gün səhər saatlarında yüksəlib. ABŞ-ın Meksika körfəzi sahillərində gözlənilən əlverişsiz hava şəraitinin tədarükdə fasilələrə səbəb ola biləcəyi ehtimalı və Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginlik bazara əlavə təzyiq göstərib.

Bununla belə, qiymət artımı Beynəlxalq Enerji Agentliyinin (IEA) strateji ehtiyatlardan əlavə neft həcmlərinin bazara çıxarılmasının mümkünlüyü ilə bağlı açıqlaması və Hörmüz boğazında gəmiçilik hərəkətinin müharibədən əvvəlki səviyyələrə qısamüddətli bərpa olunması barədə məlumatlarla məhdudlaşıb.

Bakı vaxtı ilə saat 04:02-yə olan məlumata görə, Brent markalı neftin dekabr fyuçersləri 0,9 faiz bahalaşaraq 101,10 dollara yüksəlib.

WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti də 0,9 faiz artaraq 89,08 dollar təşkil edib.

MONETAR.AZ