Qızıl bir aydan sonra ilk dəfə 4100 dollardan aşağı düşüb

Qızıl bir aydan sonra ilk dəfə

Qızılın qiyməti çərşənbə günü 1%-dən çox ucuzlaşaraq bir unsiya üçün 4080 dollar səviyyəsinə enib. Bu, qiymətli metalın son bir aydan çox müddətdə qeydə aldığı ən aşağı göstəricidir.

Monetar.az xəbər verir ki, qızılın ucuzlaşmasına əsas səbəblərdən biri yüksək faiz dərəcələri olub.

Dünyanın iri kredit bazarlarında uzunmüddətli istiqrazların gəlirliliyi son onilliklərin ən yüksək səviyyələrinə yüksəlib. Bu isə faiz gəliri gətirməyən qızıla investisiya etməyin alternativ xərcini artıraraq onun qiymətinə təzyiq göstərib.

ABŞ xəzinə istiqrazlarının gəlirliliyi ISM-in açıqladığı güclü iqtisadi artım və qiymət göstəricilərindən sonra daha da yüksəlib.

Bundan əlavə, Federal Ehtiyat Sisteminin (FED) son iclasının protokollarında inflyasiyanı cilovlamaq üçün əlavə faiz artımlarının zəruri ola biləcəyi ilə bağlı fikir birliyinin formalaşdığı bildirilib.

ABŞ, Fransa və Yaponiyada büdcə kəsirlərinin artacağı ilə bağlı narahatlıqlar da borclanma xərclərinin yüksəlməsinə və nəticədə qızılın qiymətinə təzyiqin artmasına səbəb olub