Dünya bazarlarında qızılın qiyməti ABŞ-da faiz dərəcələrinin artırılması ehtimalı fonunda geriləyib.
Monetar.az xəbər verir ki, qızılın bir unsiyasının qiyməti çərşənbə axşamı 4 120 dollara enib.
CME FedWatch Tool-un məlumatına görə, bazarlar dekabrda faiz artımı ehtimalını 90%-dən yüksək qiymətləndirir.
Faizlərin yüksəlməsi qızılın cəlbediciliyini azaldır. Çünki qızıl faiz gəliri gətirmədiyi halda, daha yüksək faizli aktivlər investorlara əlavə gəlir imkanı yaradır. Bu səbəbdən inflyasiyadan qorunma vasitəsi kimi tanınan qızılın qiyməti faiz artımı gözləntiləri gücləndikdə təzyiq altında qala bilər.