Saudi Aramco LPG qiymətlərini artırıb, Sonatrach isə endirib

Saudi Aramco LPG qiymətlərini artırıb,

Qlobal maye karbohidrogen qazı (LPG) bazarında regional təklif və geosiyasi şərtlərdən asılı olaraq kəskin qiymət fərqliliyi yaranıb. Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi Saudi Aramco iyun ayı üçün rəsmi satış qiymətlərini yüksəltdiyi halda, Əlcəzairin Sonatrach şirkəti Aralıq dənizi hövzəsindəki bolluq səbəbindən qiymətlərdə kəskin endirimə gedib.

Yaxın Şərqdən Asiya-Sakit Okean regionuna edilən LPG tədarükləri üçün əsas etalon (benchmark) hesab olunan Saudi Aramco, iyun ayı üzrə qiymətləri 1–3% diapazonunda artırıb:

  • Propan: Hər ton üçün qiymət 10 dollar artırılaraq 760 dollara çatdırılıb.

  • Butan: Hər ton üçün qiymət 20 dollar artırılaraq 820 dollara yüksəldilib.

Aralıq dənizi və Qara dəniz hövzəsində, o cümlədən Türkiyə bazarında qiymətəmələgəlmə üçün əsas götürülən Əlcəzairin Sonatrach şirkəti isə regional təklif profisiti (artıqlığı) fonunda qiymətləri 18–31% səviyyəsində aşağı salıb:

  • Propan: Hər ton üçün qiymət 125 dollar azaldılaraq 575 dollara endirilib.

  • Butan: Hər ton üçün qiymət 270 dollar ucuzlaşdırılaraq 610 dollara salınıb.                                                                                                                                                                                                                                                                                                                                                    MONETAR.AZ