Şəkər bahalaşdı, litium və metanol kəskin ucuzlaşdı

Şəkər bahalaşdı, litium və

Dünya əmtəə bazarlarında qiymətlər fərqli istiqamətlərdə dəyişib. Kənd təsərrüfatı məhsulları arasında şəkər, enerji bazarında isə təbii qaz və metanolun qiymətində nəzərəçarpan dəyişikliklər qeydə alınıb.

Monetar.az xəbər verir ki, şəkərin qiyməti 3,01%, kauçukun qiyməti isə 2,24% artıb. Yulaf isə 2,51% ucuzlaşaraq kənd təsərrüfatı məhsulları arasında ən çox dəyər itirən əmtəə olub.

Metallar bazarında litium karbonatın qiyməti 5,68% azalaraq ən kəskin ucuzlaşmanı göstərib. Gümüş 0,84%, alüminium ərintisi 0,82%, qızıl isə 0,53% ucuzlaşıb. Mis 0,95%, silisium isə 0,58% bahalaşıb.

Enerji bazarında metanolun qiyməti 7,16%, təbii qazın qiyməti 2,53%, kokslaşan kömürün qiyməti isə 1,11% düşüb.

Bununla yanaşı, Almaniyada təbii qazın qiyməti 4,96%, Avropa bazarında 3,40%, Böyük Britaniyada isə 3,18% artıb. Neft qiymətlərində də yüksəliş qeydə alınıb: WTI markalı xam neft 2,35%, “Brent” markalı neft isə 1,97% bahalaşıb.