WTI markalı neft Asiya sessiyasında bahalaşıb

WTI markalı neft Asiya sessiyasında

Bu gün Asiya ticarət sessiyasında WTI markalı xam neft üzrə fyuçerslərin qiyməti yüksələrək müsbət dinamika nümayiş etdirib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) sentyabr tədarüklü WTI neft fyuçersləri materialın hazırlandığı an üçün 3,99% bahalaşaraq bir barel üzrə 82,42 dollar səviyyəsində ticarət olunub.

Texniki göstəricilərə əsasən, WTI nefti üçün əsas dəstək səviyyəsi 77,01 dollar, müqavimət səviyyəsi isə 88,07 dollar olaraq qiymətləndirilir.

Bu arada, ABŞ dollarının altı aparıcı valyutadan ibarət səbətə nisbətini əks etdirən USD İndeksi fyuçersləri 0,10% geriləyərək 101,16 bənd səviyyəsində olub.

ICE birjasında oktyabr tədarüklü Brent markalı neft fyuçersləri də bahalaşaraq 3,59% artımla bir barel üçün 85,03 dollara yüksəlib. Beləliklə, Brent və WTI markaları arasındakı qiymət fərqi (spread) bir barel üzrə 2,61 dollar təşkil edib.

MONETAR.AZ