“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim təşkil edilib

“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 29 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Energetika Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim təşkil olunub.

Təlim çərçivəsində DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən gender bərabərliyi, karyera inkişafı və gender stereotipləri ilə bağlı əsas məsələlər diqqətə çatdırılıb.

İştirakçılara işə qəbul prosesində gender balansının qorunması, əmək fəaliyyəti zamanı gender rollarının, normalarının və münasibətlərinin düzgün idarə olunması, eləcə də iş elanlarında mümkün diskriminasiya hallarının qarşısının alınması ilə bağlı məlumat verilib.

Təlim zamanı mövzu ətrafında əməkdaşlarla qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.