Özbəkistanda qaz hasilatı yarım ildə 16 faizdən çox azalıb

Özbəkistanda qaz hasilatı yarım ildə

Özbəkistanda 2026-cı ilin ilk yarısında təbii qaz hasilatı əhəmiyyətli dərəcədə azalıb.

Özbəkistan Milli Statistika Komitəsinin məlumatına görə, yanvar–iyun aylarında ölkədə 18,3 milyard kubmetr təbii qaz hasil edilib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 21,9 milyard kubmetrlə müqayisədə 16,4% azdır.

2025-ci ildə Özbəkistanın ümumi təbii qaz hasilatı 42 milyard kubmetr təşkil edib.

Son illərdə ölkənin enerji balansında mühüm dəyişikliklər baş verib. Özbəkistan əvvəllər qaz ixrac edən ölkə olsa da, artan daxili tələbat, hasilatın azalması və enerji infrastrukturundakı məhdudiyyətlər səbəbindən təbii qazın xalis idxalçısına çevrilib.

MONETAR.AZ