Dünya əmtəə bazarlarında son ticarət sessiyasında müxtəlif istiqamətli qiymət dəyişiklikləri qeydə alınıb.
Monetar.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları arasında ən böyük artım qəhvədə müşahidə olunub. Qəhvənin qiyməti 4,91 faiz yüksəlib. Kakao 2,08 faiz, qarğıdalı isə 1,46 faiz bahalaşıb. Ən çox ucuzlaşan kənd təsərrüfatı məhsulları isə taxta-şalban (1,39 faiz) və kanola (1,27 faiz) olub.
Qiymətli metallar bazarında isə eniş üstünlük təşkil edib. Gümüşün qiyməti 2,11 faiz, silisiumun qiyməti 1,33 faiz, qızılın qiyməti isə 1,20 faiz azalıb.
Enerji bazarında da əsas etibarilə mənfi dinamika qeydə alınıb. Brent markalı neftin qiyməti 4,99 faiz, WTI markalı xam neft 4,53 faiz, Böyük Britaniya üzrə təbii qaz isə 4,47 faiz ucuzlaşıb. Bu seqmentdə yeganə nəzərəçarpan artım istilik yanacağında (Heating Oil) qeydə alınıb və onun qiyməti 0,60 faiz yüksəlib.