“Şüşəplastmas”ın gəliri xərclərindən 17 dəfə az olub

“Şüşəplastmas”ın gəliri xərclərindən

“Şüşəplastmas” ASC-nin 2025-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb. Müəssisənin təqdim etdiyi mühasibat balansına əsasən, 2025-ci il ərzində şirkətin balans aktivləri 823 min 510 manatdan 792 min 123 manatadək azalıb.

 Hesabat dövrünün əvvəlində əsas vəsaitlərin dəyəri 576 min 821 manat təşkil edib. Dövrün sonunda bu göstərici 523 min 566 manata enib. İstehsal ehtiyatlarının həcmi isə 118 min 127 manatdan 93 min 802 manata düşüb.

 Şirkətin debitor borcları dəyişməyərək 10 min 662 manat səviyyəsində qalıb. Pul vəsaitlərinin həcmi isə 238 manatdan 638 manatadək yüksəlib.

 Müəssisənin nizamnamə kapitalı hesabat dövründə 29 min 730 manatdan 29 min 738 manata yüksəlib. Kapital ehtiyatları 373 min 212 manat səviyyəsində sabit qalıb. Kreditor borcları isə 8 min 003 manat 90 qəpikdən 7 min 958 manat 17 qəpiyədək azalıb.

 Maliyyə nəticələrinə əsasən, “Şüşəplastmas” ASC-nin məhsulların satışından əldə etdiyi gəlir 7 min 632 manat təşkil edib. Satılmış məhsulların istehsal məsrəfləri isə 132 min 900 manat olub.

Hesabat dövründə müəssisənin vergidən əvvəl zərəri 70 min 800 manat 96 qəpik, əmlak vergisi nəzərə alındıqdan sonra xalis zərəri isə 77 min 216 manat 10 qəpik təşkil edib.

Müqayisəli təhlil göstərir ki, əvvəlki dövrlə müqayisədə şirkətin zərəri azalıb. Belə ki, əvvəlki hesabat dövründə müəssisənin xalis zərəri 117 min 692 manat 71 qəpik olub.

Maliyyə göstəriciləri “Şüşəplastmas” ASC-də aktivlərin həcminin və istehsal resurslarının azaldığını, eyni zamanda hesabat dövründə müəssisənin zərərlə fəaliyyət göstərdiyini göstərir.

MONETAR.AZ