Son beş ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsinin inkişafı sürətlənib. Rəsmi statistikaya əsasən, mağazaların sayı və ümumi ticarət sahəsi nəzərəçarpacaq dərəcədə artıb.
2021-ci ildə ölkədə fəaliyyət göstərən mağazaların sayı 90 min 109 olduğu halda, 2025-ci ildə bu göstərici 140 min 624-ə çatıb. Beləliklə, beş il ərzində mağaza sayı təxminən 56 faiz artıb.
Mağazaların ümumi ticarət sahəsi isə 5,9 milyon kvadratmetrdən 11,6 milyon kvadratmetrə yüksələrək təxminən 2 dəfə böyüyüb. Bu dinamika daha iri, müasir və geniş satış məkanlarının istifadəyə verildiyini göstərir.
Mütəxəssislərin fikrincə, ticarət sahələrinin genişlənməsi istehlak bazarının böyüməsi və müasir pərakəndə satış formatlarına marağın artması ilə əlaqədardır.
MONETAR.AZ