“Bakı Çinar Soyuducuları” səhmdarlarının yığıncağı keçiriləcək

“Bakı Çinar Soyuducuları” səhmdarlarının

“Bakı Çinar Soyuducuları” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Monetar.az xəbər verir ki, yığıncaq 15 sentyabr 2026-cı il saat 10:30-da Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 27K ünvanında yerləşən “Kristal” şadlıq sarayında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  1. ASC-nin icra orqanının (sədrinin) seçilməsi;2
  2. Müşahidə şurası və təftiş komissiyası üzvlərinin seçilməsi;3
  3. Cəmiyyətin idarəetmə orqanının 2025-ci il üzrə illik hesabatının müzakirəsi;
  4. Digər məsələlər.

Qeyd edək ki, yığıncaqda iştirak etmək hüququ olan səhmdarların qeydiyyatı və digər təşkilati məsələlər qanunvericiliyə uyğun qaydada həyata keçiriləcək.