Monetar.az xəbər verir ki, “Bakı Hərrac Mərkəzi” MMC tərəfindən Bakı şəhərində yerləşən qeyri-yaşayış sahəsi açıq hərraca çıxarılır.
Hərraca çıxarılan əmlak Bakı şəhəri, Nəsimi rayonu, 964-cü məhəllə, Akademik Feyzulla Qasımzadə küçəsi, 9 ünvanında yerləşir. Ümumi sahəsi 425,1 kvadratmetr olan qeyri-yaşayış sahəsinin hərrac kodu A098/26-dır.
Əmlakın satışı üzrə hərrac 10 avqust 2026-cı il saat 11:00-da keçiriləcək.
İştirak etmək istəyən şəxslər satış qiymətinin 5 faizi həcmində behi hərrac tarixindən ən azı 5 gün əvvəl hərrac təşkilatına nağd və ya köçürmə yolu ilə ödəməlidirlər.
Hərrac qalibi alış qiymətini 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürməlidir.
Açıq hərracda iştirak üçün fiziki şəxslər şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər.
Hərracın keçirildiyi təşkilatın ünvanı: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27.