"Azəridmanservis" MMC Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin futbol meydançasının təbii ot örtüyünün salınması işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Tender 2026/AT/03675/V1 nömrəsi ilə keçirilir və satınalmanın ehtimal olunan dəyəri 1 012951 AZN təşkil edir.
Satınalma çərçivəsində futbol meydançasının əsaslı şəkildə yenilənməsi nəzərdə tutulur. Layihəyə torpaq əsasının 500 millimetr dərinlikdə qazılması, qazılmış torpağın daşınaraq utilizasiyası, sahənin kipləşdirilməsi, alt əsas qatının lazer avadanlığı ilə hamarlanması, drenaj xətlərinin çəkilməsi və polipropilen geotekstil materialının döşənməsi daxil olmaqla geniş tikinti-quraşdırma işləri daxildir.
Satınalma 72102900 təsnifat kodu üzrə "Obyektlərin cari və əsaslı təmir işləri" kateqoriyasına aiddir.
MONETAR.AZ