Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməliyyatxana sərf materiallarının satın alınması üzrə keçirdiyi müsabiqənin nəticəsi açıqlanıb.
Müsabiqənin qalibi "Azəri Med" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin dəyəri 1.841.152,08 AZN təşkil edir.
Qeyd edək ki, sözügedən satınalma əməliyyatxanalarda istifadə olunan sərf materiallarının təmin edilməsini əhatə edir. Tenderin ehtimal olunan qiyməti 1.970.934,80 AZN idi. Beləliklə, bağlanacaq müqavilənin məbləği ehtimal olunan qiymətdən 129.782,72 AZN azdır.
MONETAR.AZ