Sosial sığorta müavinətlərinə ödənişlər 5,8 faiz artıb

Sosial sığorta müavinətlərinə

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin maliyyələşdirilməsinə 84,8 milyon manat vəsait yönəldilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən məlumat verilib.

Bildirilib ki, ödənilən vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon manat və ya 5,8 % artıb.

Məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən müavinətlər sığortaolunan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş sosial təminat hüquqlarının həyata keçirilməsinə xidmət edir.

MONETAR.AZ