Ərzaq məhsullarının pərakəndə satışı 5 ildə 54 faiz artıb

Ərzaq məhsullarının pərakəndə satışı

2021–2025-ci illərdə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə satışı 54 faiz artaraq 24 milyard 31,4 milyon manatdan 36 milyard 911,5 milyon manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, O cümlədən alkoqollu içkilərin satışı 26 faiz artaraq 445,2 milyon manatdan 560,7 milyon manata yüksəlib.

Qeyri-ərzaq məhsullarının pərakəndə satışı isə 52 faiz artaraq 20 milyard 186,1 milyon manatdan 30 milyard 726,4 milyon manata çatıb. Bu kateqoriyada avtomobil benzininin satışı 29 faiz artaraq 1 milyard 734,7 milyon manatdan 2 milyard 233,3 milyon manata yüksəlib.

Hesabat dövründə topdansatış ticarət dövriyyəsi 13 faiz artaraq 31 milyard 981,9 milyon manatdan 36 milyard 277,1 milyon manata çatıb.

Topdansatış ticarət dövriyyəsində müəssisələrin payı isə 25 faiz artaraq 19 milyard 885,8 milyon manatdan 24 milyard 760,2 milyon manata yüksəlib.

MONETAR.AZ