Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2021–2025-ci illərdə 53 faiz artaraq 44 milyard 217,5 milyon manatdan 67 milyard 637,9 milyon manata yüksəlib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 50 faiz artaraq 4 min 402,1 manatdan 6 min 602,8 manata çatıb.
Qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi 53 faiz artaraq 44 milyard 84,9 milyon manatdan 67 milyard 470,5 milyon manata, dövlət sektorunun dövriyyəsi isə 26 faiz artaraq 132,6 milyon manatdan 167,4 milyon manata yüksəlib.
MONETAR.AZ