4,2 milyon manatlıq dərman tenderini bu şirkət uddu

4,2 milyon manatlıq dərman tenderini

"Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi tərəfindən xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunan dərman vasitələrinin satın alınması üzrə keçirilən açıq tenderin nəticəsi açıqlanıb.

Tenderin qalibi "Azəri Med" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin dəyəri 4.204.987,97 AZN təşkil edir.

Satınalma xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunan dərman vasitələrinin təmin edilməsini nəzərdə tutur. Müsabiqə 2026/AT/02611/V1 nömrəsi ilə keçirilib. Tenderin ehtimal olunan qiyməti 4.376.939,30 AZN olub.

Beləliklə, bağlanacaq müqavilənin məbləği ehtimal olunan qiymətdən 171.951,33 AZN azdır.

MONETAR.AZ