"Prosol" QSC "Azərenerji"dən 2 milyon manatlıq sifariş qazandı

"Prosol" QSC "Azərenerji"dən

"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən kibertəhlükəsizlik səviyyəsinin artırılması, mərkəzləşdirilmiş təhlükəsizlik monitorinqi və nəzarət imkanlarının qurulması məqsədilə keçirilən satınalma müsabiqəsinin nəticəsi açıqlanıb.

Müsabiqənin qalibi "Prosol" Qapalı Səhmdar Cəmiyyəti elan edilib. Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin dəyəri 1.966.029,01 AZN təşkil edir.

Satınalma kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi, təhlükəsizlik monitorinqi və nəzarət imkanlarının mərkəzləşdirilməsi üçün avadanlıq və proqram həllərinin alınmasını nəzərdə tutur. Müsabiqə 2026/AT/02339/V2 nömrəsi ilə keçirilib və satınalma predmeti 43233200 təsnifat kodu üzrə "Təhlükəsizlik və mühafizə proqramı" kateqoriyasına daxildir.

Tenderin ehtimal olunan qiyməti 2.047.796,78 AZN olub. Beləliklə, bağlanacaq müqavilənin məbləği ehtimal olunan qiymətdən 81.767,77 AZN azdır.

MONETAR.AZ