2026-cı ilin yanvar-iyun aylarının yekunlarına əsasən, İcbari Tibbi Sığorta Fondunun (İTBSF) xərcləri gəlirlərini üstələyib. İcmal büdcənin tərkib hissəsi olan İTBSF-nin gəlirləri hesabat dövründə 1 milyard 12,3 milyon manat təşkil etdiyi halda, xərcləri 1 milyard 153,8 milyon manata çatıb. Nəticədə fondun fəaliyyətində 141,5 milyon manatlıq kəsir yaranıb.
Müqayisə üçün qeyd edək ki, icmal büdcənin digər tərkib hissələri olan Dövlət Sosial Müdafiə Fondu (171,7 milyon manat profisit) və İşsizlikdən Sığorta Fondu (47,1 milyon manat profisit) ili müsbət balansa başa vurublar.
Paralel olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların proqnozdan 23,7% (108,7 milyon manat) az olması da sosial və xidmət sektorundakı gəlir daxilolmalarında zəifləməni göstərir.
MONETAR.AZ