Azərbaycanın dövlət büdcəsində qeyri-neft-qaz sektorunun rolu artmaqda davam edir. 2026-cı ilin ilk yarısında qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 10 milyard 981 milyon manat təşkil edib.
Bu məbləğ dövlət büdcəsinin ümumi gəlirlərinin 57,3 faizinə bərabər olub. Qeyri-neft gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 703,8 milyon manat və ya 6,8 faiz artıb.
Məlumata görə, qeyri-neft gəlirlərinin əsas hissəsi vergi və gömrük daxilolmaları hesabına formalaşıb.
MONETAR.AZ