Daxili dövlət borcu xarici borcu 2 dəfə üstələdi

Daxili dövlət borcu xarici borcu

Azərbaycanın dövlət borcunun strukturu dəyişməkdə davam edir — daxili borclanma xarici borcu kəskin geridə qoyub. 2026-cı il iyulun 1-i vəziyyətinə daxili dövlət borcunun həcmi 15 milyard 982,0 milyon manata çataraq proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib. Eyni dövrdə xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları (təxminən 7,85 milyard manat) olmaqla ÜDM-in 6 faizinə bərabər olub.

İlin ilk 6 ayında dövlət borcuna xidmətlə bağlı büdcədən 944,8 milyon manat ödənilib. Bu məbləğin 668,9 milyon manatı xarici borcun ödənilməsinə (əsas və faiz), 275,9 milyon manatı isə yalnız daxili borclar üzrə faiz öhdəliklərinin qarşılanmasına sərf edilib. Daxili borcun payının artması gələcək büdcələrdə xidmət xərclərinin yükünü artıran faktor kimi dəyərləndirilir.

MONETAR.AZ