Pakistan Mərkəzi Bankı (State Bank of Pakistan) bugün keçirilən pul-kredit siyasəti iclasının yekununda əsas uçot dərəcəsini 11,50% səviyyəsində dəyişməz saxlayıb.
Qərarı Mərkəzi Bankın sədri keçirilən mətbuat konfransında açıqlayıb.
Tənzimləyicinin bu qərarı inflyasiya dinamikası, iqtisadi artım perspektivləri və maliyyə bazarlarındakı mövcud vəziyyət fonunda qəbul edilib. Bankın növbəti addımları inflyasiyanın inkişafı, daxili tələbatın vəziyyəti və qlobal iqtisadi şəraitdən asılı olacaq.
MONETAR.AZ