Azərbaycanda 2026-cı ilin iyun ayında əvvəlki ayla müqayisədə bir sıra istehlak mallarının qiymətlərində ucuzlaşma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə ən böyük qiymət azalması tərəvəzlər üzrə müşahidə olunub. Bu məhsul qrupunun qiymət indeksi 93,3 % təşkil edib ki, bu da aylıq müqayisədə 6,7 % ucuzlaşma deməkdir.
Bundan başqa, zərgərlik məmulatlarının qiymətləri 1,3 %, süd və süd məhsulları, yumurtanın qiymətləri 0,9 %, balıq və balıq məhsullarının qiymətləri 0,3 % aşağı düşüb.
Qeyri-qida malları arasında foto-kino avadanlıqları və optik cihazlar 0,7 %, məişət cihazları və digər nəqliyyat xidmətləri isə 0,3 % ucuzlaşıb.
Həmçinin səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğular, geyim, eləcə də mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətləri üzrə qiymətlərdə 0,1 % azalma qeydə alınıb.
MONETAR.AZ