1 ildə ən çox bahalaşan ərzaq məhsulu süd məhsulları olub

1 ildə ən çox bahalaşan ərzaq məhsulu

Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında qida malları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6,7 %, qeyri-qida malları üzrə 3,8 %, xidmətlər üzrə isə 5,7 % bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə ərzaq məhsulları arasında ən yüksək illik qiymət artımı süd və süd məhsulları, yumurta qrupunda qeydə alınıb. Bu kateqoriya üzrə qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 % yüksəlib.

Bundan başqa, meyvələr 9,7 %, araq və brendi (konyak) 9 %, balıq və balıq məhsulları 8,5 %, ət və ət məhsulları 8,2 % bahalaşıb.

Hesabat dövründə çay, qəhvə və kakao, eləcə də digər kateqoriyalara aid edilməyən qida məhsulları üzrə qiymətlər 7,1 %, kərə və bitki yağları və qənd, cem, bal, şokolad və konfetlər üzrə isə 6,5 % artıb.

Eyni zamanda, çaxırın qiyməti 5,6 %, pivənin qiyməti 4,1 %, mineral sular, sərinləşdirici içkilər və şirələrin qiyməti 3,6 %, çörək, çörək məmulatları və yarmaların qiyməti 2,3 %, tərəvəzlərin qiyməti isə 2,1 % yüksəlib.

MONETAR.AZ