Bakıda yeni ekspres marşrut açılır – Gedişhaqqı 1,5 manat olacaq

Bakıda yeni ekspres marşrut açılır –
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər veriLIBr.

"Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,5 AZN müəyyən edilib.

MONETAR.AZ