İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin diqqətinə

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçmiş abituriyentlərin artıq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklərini açıqlayıb.

Abituriyentlər müsahibəyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • İmtahana buraxılış vərəqəsi.

İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiya 30 iyul–2 avqust 2026-cı il tarixlərində Azərbaycan İlahiyyat İnstitutunda (Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29) fəaliyyət göstərəcək.

Müsahibə zamanı abituriyentlərin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji xüsusiyyətlərinin dini-mənəvi xidmət ixtisasına uyğunluğu, eləcə də tolerantlıq və multikulturalizm barədə təsəvvürləri qiymətləndiriləcək.

Müsahibədən uğurla keçən namizədlər ixtisas seçimi mərhələsində III ixtisas qrupunun digər ixtisasları ilə yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər.

Qabiliyyət imtahanlarının proqramı, qiymətləndirmə meyarları və məzmunu barədə ətraflı məlumat "Abituriyent" jurnalının 2026-cı il üçün nəşr olunmuş xüsusi buraxılışlarında yer alıb.