2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın mehmanxana və mehmanxana tipli obyektlərində keçirilmiş gecələmələrin sayısı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 minə düşüb.
Müştəri axınının zəifləməsi otellərin maliyyə göstəricilərinə də mənfi təsir edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə mehmanxanaların ümumi gəlirləri 3,8 faiz geriləyərək 279,0 milyon manat təşkil edib. Gəlirlərin 61,1 faizi nömrələrin təqdim olunmasından, 26,7 faizi ictimai iaşə xidmətlərindən, qalan hissəsi isə müalicə və digər xidmətlərdən formalaşıb.
Sektor üçün en narahatedici məqam otellərin doluluq faizinin kəskin aşağı olmasıdır. Ölkə üzrə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsi cəmi 19,3 faiz olub (keçən ilin eyni dövründə 21,4 faiz). Bu göstərici ölkədəki otel fondunun 80 faizindən çoxunun altı ay ərzində istifadəsiz qaldığını göstərir.
MONETAR.AZ