Dövlət büdcəsinin yarıdan çoxu sosial istiqamətlərə yönəldilib

Dövlət büdcəsinin yarıdan çoxu

2026-cı ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin əsas istiqamətlərindən biri sosial sahələr olub. Maliyyə Nazirliyinin məlumatına görə hesabat dövründə sosialyönlü xərclərə 8,8 milyard manat vəsait ayrılıb.

Bu məbləğ ümumi büdcə xərclərinin 52,4 faizini təşkil edib.

Sosial xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1 faiz artıb.

Sosial istiqamətli ödənişlərə əməkhaqları, sosial müavinətlər, pensiyalar, dərman təminatı, icbari tibbi sığorta və digər sahələr üzrə xərclər daxildir.

MONETAR.AZ