2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,6 milyard ABŞ dolları təşkil edib.
Xarici dövlət borcunun səviyyəsi cari ilin proqnozlaşdırılan ÜDM-in 6 faizinə bərabər olub.
Eyni tarixə daxili dövlət borcunun həcmi isə 15,98 milyard manat təşkil edib və ÜDM-in 12,2 faizinə uyğun olub.
Hesabat dövründə dövlət borcuna xidmət xərcləri üzrə ümumilikdə 944,8 milyon manat ödəniş həyata keçirilib.
MONETAR.AZ