2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsində 2 milyard 403,7 milyon manat məbləğində artıqlıq (profisit) yaranıb.
Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, xərcləri isə 16 milyard 775,5 milyon manat təşkil edib.
Büdcə gəlirləri təsdiq edilmiş proqnozu 350,3 milyon manat və ya 1,9 faiz üstələyib.
Cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri illik proqnozun 49,7 faizinə çatıb.
MONETAR.AZ