Bu ilin 6 ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan mehmanxanalarında keçirdiyi gecələmələrin sayısı 10,3 faiz azalaraq 1 milyon 69,8 minə enib. Bu göstərici ümumi gecələmələrin 59,2 faizini təşkil edib.
Xarici qonaqlar arasında ən yüksək pay Türkiyə (14,1%), Rusiya (13,0%), Hindistan (7,1%) və İsrail (6,9%) vətəndaşlarının payına düşsə də, ümumi turist axınındakı geriləmə özünü aydın göstərir.
Rəqəmlər həmçinin turizm sektorunda dərin regional disbalansın olduğunu ortaya qoyur. Əcnəbi turistlərin keçirdiyi gecələmələrin 81,9 faizi yalnız Bakı otellərində qeydə alınıb. Bölgələrdən yalnız Qusar (5,6%) və Naftalan (5,6%) müəyyən pay ala bilsə də, Qəbələ (15,8% doluluq) daxil olmaqla bir çox rayonlarda otellərin tutumundan istifadə səviyyəsi 15 faizdən aşağı enib.
MONETAR.AZ