Qarabağın bərpası üçün nəzərdə tutulan vəsaitin yalnız 30 faizi istifadə olunub

Qarabağın bərpası üçün nəzərdə tutulan vəsaitin

2026-cı ilin ilk altı ayında işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərin icra faizi aşağı olaraq qalır.

Açıqlanan göstəricilərə görə, yanvar-iyun aylarında azad olunmuş ərazilərin bərpası məqsədilə illik nəzərdə tutulmuş vəsaitin cəmi 30,4 faizi və ya 1 milyard 64,1 milyon manatı xərclənib. Bu vəsaitin böyük hissəsi (974,1 milyon manat) avtomobil yolları, mənzil tikintisi və turizm kimi infrastruktur layihələrinə yönəldilib.

Analoji hal dövlət əsaslı vəsait qoyuluşlarında da müşahidə olunur — illik proqnozun 30,0 faizi (810,2 milyon manat) icra edilib. Cari xərclərin 69,4% təşkil etdiyi bir şəraitdə, əsaslı və kapital xərclərinin ilin ilk yarısında 30% səviyyəsində qalması ilin ikinci yarısında maliyyələşmənin kəskin intensivləşəcəyindən xəbər verir.

MONETAR.AZ