Dünya əmtəə bazarlarında son ticarət sessiyasında müxtəlif istiqamətli qiymət dəyişiklikləri qeydə alınıb.
Monetar.az xəbər verir ki, enerji bazarında ən böyük eniş Brent markalı neftdə müşahidə olunub. Brent nefti 10,25%, WTI markalı xam neft isə 8,89% ucuzlaşıb. Avropada təbii qazın qiyməti də 9,81% geriləyib. Enerji qrupunda artım göstərən yeganə əsas məhsul kokslaşan kömür olub və onun qiyməti 0,83% yüksəlib.
Kənd təsərrüfatı məhsulları bazarında ən çox ucuzlaşan məhsullar yulaf (-4,00%), kanola (-3,96%) və kakao (-3,36%) olub. Ən yüksək artım isə qəhvə (+2,89%) və pambıqda (+1,08%) qeydə alınıb.
Metallar bazarında isə müsbət dinamika üstünlük təşkil edib. Platinin qiyməti 1,71%, litium karbonatın 0,69%, misin 0,65%, qızılın isə 0,58% artıb. Bu qrupda ən çox ucuzlaşan məhsul isə dəmir filizi (Çin yuanı ilə qiymətləndirilən kontraktlar) olub və 0,67% dəyər itirib.