2021–2025-ci illərdə Azərbaycanda ticarət, avtomobillərin təmiri və texniki xidmət sahəsində fəaliyyət göstərən müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb.
Statistika Komitəsinin məlumatına görə bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı 2021-ci ildəki 48 min 844-dən 2025-ci ildə 73 min 58-ə yüksəlib. Beləliklə, beş il ərzində təxminən 50 faizlik artım qeydə alınıb.
Məlumatlar göstərir ki, hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların sayı da yüksəlib. Bu göstərici 242 min 206 nəfərdən 269 min 612 nəfərə çatıb. Ekspert qiymətləndirmələrinə görə, artım kiçik sahibkarlığın genişlənməsi və ticarət sektorunda biznes fəallığının yüksəlməsi ilə bağlıdır.
MONETAR.AZ