Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada İraqın Baş naziri Əli əl-Zeydi ilə keçirdiyi danışıqlardan sonra bildirib ki, Ankara və Bağdad enerji sahəsində genişmiqyaslı əməkdaşlıq sazişinin yekunlaşdırılması istiqamətində intensiv iş aparırlar.
Sənədlərin imzalanması mərasimindən sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan qeyd edib ki, İraq tərəfi Türkiyəyə 1 milyon barel neft tədarük etməyi təklif edib. Görüş çərçivəsində, həmçinin Kərkük–Ceyhan neft kəmərinin istismarının daha bir il müddətinə uzadılmasını nəzərdə tutan saziş də imzalanıb.
Türkiyə lideri əlavə edib ki, ölkənin dövlət neft şirkəti TPAO gələcəkdə hazırda BP tərəfindən işlənilən Kərkük neft yatağının işlənilməsində iştirak edə bilər. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq imkanlar nəzərdən keçirilir.
Tərəflər enerji əməkdaşlığının genişləndirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinə və regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.
MONETAR.AZ