Enerji bazarı canlandı: Neft bahalaşdı, metallar da yüksəldi

Enerji bazarı canlandı: Neft bahalaşdı,

Qlobal əmtəə bazarlarında müxtəlif istiqamətlər üzrə fərqli qiymət dəyişiklikləri müşahidə olunur.

Monetar.az xəbər verir ki, enerji məhsulları arasında ən böyük artım Brent markalı xam neftdə qeydə alınıb. Brent neftinin qiyməti 7,58 faiz yüksəlib. WTI markalı xam neft 6,78 faiz, Avropa təbii qazı isə 5,10 faiz bahalaşıb.

Bahalaşma əsasən Yaxın Şərqdə artan gərginlik və qlobal enerji tədarükləri ilə bağlı narahatlıqlarla əlaqələndirilir.

Metal bazarında isə qiymətli metallar yüksəliş göstərib. Gümüşün qiyməti 2,16 faiz, qızılın qiyməti isə 1,11 faiz artıb. Polad armatur isə 0,79 faiz ucuzlaşıb.

Kənd təsərrüfatı məhsulları bazarında isə əsas göstəricilər üzrə eniş qeydə alınıb. Qəhvə 3,77 faiz, soya 2,93 faiz, qarğıdalı isə 2,26 faiz ucuzlaşıb.

Bazar iştirakçıları qiymətlərin istiqamətini müəyyən etmək üçün qlobal iqtisadi göstəriciləri, mərkəzi bankların qərarlarını və geosiyasi prosesləri izləyirlər.