Şəmkirdə vergi borcuna görə siyahıya alınmış torpaq sahəsi hərraca çıxarılır

Şəmkirdə vergi borcuna görə siyahıya alınmış

Bu gün saat 11:00-da vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərrac vasitəsilə satışı keçiriləcək.

Monetar.az xəbər verir ki, hərraca Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən, 0,97 hektar torpaq sahəsi çıxarılıb.

Əmlak Qasımov Əli İsrayıl oğluna (VÖEN: 8500506262) məxsusdur. Torpaq sahəsinin 40 faiz endirim tətbiq olunmaqla müəyyən edilmiş ilkin satış qiyməti 15 min manat, iştirak üçün tələb olunan beh məbləği isə 750 manat təşkil edir.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanının 2-ci mərtəbəsində keçiriləcək.