SOCAR Polymer yenidən dövlət ixracatçıları arasında birinci oldu

SOCAR Polymer yenidən dövlət ixracatçıları

2026-cı ilin yanvar–iyun aylarında dövlətə məxsus şirkətlər arasında qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ən böyük ixracatçı "SOCAR Polymer" MMC olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na əsasən, şirkətin ixracı 128,3 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınmış 129 milyon ABŞ dolları ilə müqayisədə cüzi azalma deməkdir.

Reytinqdə ikinci yeri "AzerGold" QSC tutub. Şirkətin ixracı illik müqayisədə 100,3 milyon ABŞ dollarından 126,6 milyon ABŞ dollarına yüksəlib. Üçüncü sırada isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qərarlaşıb. Qurumun ixracı ötən ilin ilk yarısındakı 211,6 milyon ABŞ dollarından bu il 120 milyon ABŞ dollarına enib.

İlk beşliyi "Azəralüminium" MMC"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC tamamlayıb. "Azəralüminium"un ixracı 67 milyon ABŞ dollarından 98,3 milyon ABŞ dollarına, "Azərpambıq Aqrar Sənaye Kompleksi"nin ixracı isə 19,4 milyon ABŞ dollarından 34 milyon ABŞ dollarına yüksəlib.

Hesabata görə, ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 34,5 milyon ABŞ dollarından 7,7 milyon ABŞ dollarına qədər azalıb. "Azərbaycan Hava Yolları" QSC isə 7,5 milyon ABŞ dollarlıq ixrac göstəricisini qoruyub saxlayıb.

Reytinqdə yer alan digər dövlət şirkətlərindən "Azərenerji" ATSC ixracını 3,6 milyon ABŞ dollarından 6,3 milyon ABŞ dollarına yüksəldib. "Naxçıvan Enerji" MMC"SOCAR Cape" MMC isə cari ilin ilk yarısında müvafiq olaraq 697 min ABŞ dolları və 485 min ABŞ dolları həcmində ixrac həyata keçiriblər.

MONETAR.AZ