2026-cı ildə keçiriləcək FIFA Dünya Kubokunda iştirak etmiş milli komandaların heyət dəyərləri açıqlanıb. Araşdırmaya əsasən, turnirdə mübarizə aparan 48 yığmanın ümumi bazar dəyəri 17,2 milyard avro təşkil edir.
Monetar.az xəbər verir ki, oyunçuların təxmini bazar qiymətləri əsasında hazırlanan reytinqdə ən bahalı heyətə Fransa millisi sahibdir.
Fransa yığmasının heyətinin ümumi dəyəri 1,52 milyard avro qiymətləndirilib. Reytinqdə ikinci yeri 1,36 milyard avro ilə İngiltərə, üçüncü pilləni isə 1,22 milyard avro ilə İspaniya tutub.
Dəyəri 1 milyard avronu keçən digər komanda Portuqaliya olub. Almaniya (947 milyon avro), Braziliya (928,2 milyon avro) və Argentina (807,5 milyon avro) da ən bahalı heyətlər sırasında yer alıb.
Ən bahalı 10 komandanın siyahısı belədir:
Fransa – 1,52 milyard avro
İngiltərə – 1,36 milyard avro
İspaniya – 1,22 milyard avro
Portuqaliya – 1,01 milyard avro
Almaniya – 947 milyon avro
Braziliya – 928,2 milyon avro
Argentina – 807,5 milyon avro
Niderland – 754,2 milyon avro
Norveç – 589,9 milyon avro
Belçika – 547,5 milyon avro
Məlumata görə, ən bahalı 16 heyətdən 15-i Avropa komandalarının payına düşür. Bu, qitədəki güclü milli çempionatların, böyük klubların akademiyalarının və futbol iqtisadiyyatının yüksək səviyyədə inkişaf etməsi ilə əlaqələndirilir.
Cənubi Amerikada isə ən yüksək bazar dəyərinə malik komandalar Braziliya və Argentina milli komandalarıdır. Afrika qitəsindən Kot-d’İvuar, Seneqal və Mərakeş də yüksək göstəricilərlə seçilib.
MONETAR.AZ