Bu gün Qırğızıstanda “Mərkəzi Asiya–Azərbaycan” Sammiti başlayır

Bu gün Qırğızıstanda “Mərkəzi Asiya–Azərbaycan”

Bu gün Qırğızıstanın Çolpan-Ata şəhərində “Mərkəzi Asiya–Azərbaycan” Sammiti işə başlayır.

Monetar.az xəbər verir ki, sammit iyulun 30-dan avqustun 1-dək davam edəcək.

Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alagözovun verdiyi məlumata görə, tədbirdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişafı və iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Sammit çərçivəsində regional tərəfdaşlığın gücləndirilməsi, nəqliyyat, ticarət, investisiya və digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.