“Nəsimi Məişət Malları” ASC-nin 2025-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.
Müəssisənin təqdim etdiyi mühasibat balansına əsasən, 2025-ci il ərzində şirkətin balans aktivləri 92 min 289 manatdan 88 min 568 manatadək azalıb.
Hesabat dövrünün əvvəlində əsas vəsaitlərin dəyəri 68 min 656 manat təşkil edib. Dövrün sonunda bu göstərici 63 min 208 manata düşüb. Şirkətin pul vəsaitləri isə 160 manat olub.
Müəssisənin nizamnamə kapitalı dəyişməyərək 85 min 582 manat səviyyəsində qalıb. Kreditor borcları isə 6 min 707 manatdan 2 min 986 manatadək azalıb.
Maliyyə nəticələrinə görə, “Nəsimi Məişət Malları” ASC-nin məhsulların satışından əldə etdiyi gəlir 61 min 100 manat təşkil edib. Satılmış məhsulların istehsal məsrəfləri isə 67 min 511 manat olub.
Hesabat dövründə müəssisənin vergidən əvvəl zərəri 5 min 751 manat 38 qəpik, əmlak vergisi nəzərə alındıqdan sonra xalis zərəri isə 6 min 410 manat 70 qəpik təşkil edib.
Bununla yanaşı, əvvəlki dövrlə müqayisədə şirkətin zərərinin azaldığı müşahidə olunur. Belə ki, əvvəlki hesabat dövründə xalis zərər 15 min 843 manat 3 qəpik olub.
MONETAR.AZ