ABB Şamaxıda 122 min manata qeyri-yaşayış binasını hərraca çıxarır

ABB Şamaxıda 122 min manata qeyri-yaşayış binasını

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan Şamaxı şəhərindəki qeyri-yaşayış binası 122 min manat start qiyməti ilə hərraca çıxarılacaq.

Monetar.az xəbər verir ki, hərrac 22 oktyabr 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.

Məmmədəmin Rəsulzadə küçəsi, 85 ünvanında yerləşən əmlakın ümumi sahəsi 273,2 kvadratmetr, torpaq sahəsi isə 0,0233 hektardır. Hərracda iştirak etmək üçün 12 200 manat beh ödənilməlidir.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanının 2-ci mərtəbəsində keçiriləcək.