ABŞ Rusiyanın “LUKOIL” şirkətinin xarici aktivlərinin satışına dair icazənin müddətini noyabrın 21-dək uzadıb.
Monetar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc olunub. Müvafiq lisenziya Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilib.
İcazə “Lukoil International GmbH” şirkətinin satışı ilə bağlı danışıqların aparılmasına, müqavilələrin bağlanmasına və şirkətin fəaliyyətinin davam etdirilməsinə imkan verir. Bununla belə, satış müqavilələrinin icrası üçün OFAC-ın ayrıca icazəsi tələb olunur.
Qeyd edək ki, ABŞ-ın sanksiyaları altında olan “LUKOIL” şirkəti xarici aktivlərini satmaq üçün danışıqlar aparır. Aktivlərin satışına dair icazənin müddəti bundan əvvəl də bir neçə dəfə uzadılıb.