Amazon.com Inc peyk operatoru Globalstar Inc şirkətinin alınması ilə bağlı danışıqların irəliləmiş mərhələsindədir. Bloombergin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, bu addım SpaceX-ə məxsus Starlink ilə rəqabət aparmaq məqsədi daşıyır.
Bloomberg bildirir ki, sövdələşmə artıq çərşənbə axşamı elan oluna bilər. Bu xəbər, ayın əvvəlində Financial Times tərəfindən yayılan məlumatdan sonra gəlib. Həmin xəbərdə də qeyd olunurdu ki, Amazon aşağı orbitli peyk biznesini inkişaf etdirmək və Starlink-lə rəqabəti gücləndirmək üçün Globalstar ilə razılaşmaya yaxındır.
Sövdələşməni çətinləşdirən əsas amillərdən biri Apple Inc.-in Globalstar-dakı 20%-lik payıdır. Bu isə Amazon-un iPhone istehsalçısı ilə birbaşa danışıqlar aparmasını tələb edir. Apple 2024-cü ildə Globalstar-a 1,5 milyard dollar investisiya qoyub.
Son 12 ay ərzində Globalstarın səhmləri 273% artıb və şirkət Starlink-lə rəqabət potensialına görə cəlbedici alış hədəfi kimi qiymətləndirilir.
Amazon eyni zamanda “Leo” adlı öz peyk layihəsini inkişaf etdirir. Lakin hazırda şirkətin orbitdə cəmi 180-ə yaxın peyki var ki, bu da SpaceX tərəfindən idarə olunan 10 000-dən çox peyklə müqayisədə xeyli azdır.